Bacısını öldürən qardaş həbs olundu

Bacısı Aydan Babayevanı qətlə yetirməkdə şübhəli bilinən Xəzər rayonunun Türkan qəsəbə sakini M.Babayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 20-də səhər saatlarında Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Aydan Babayevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Aparılmış araşdırmalarla qadının qardaşı M.Babayevlə aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən açılmış atəş nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

M.Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. O, özünə məxsus “İJ-18” markalı ov tüfəngini təhvil verib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə