Oğurluq etdiyinə görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Oğurluq etdiyinə görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Oğurluq etdiyinə görə tutulmuş A.Nemətovun Yasamal rayonг ərazisində bir sıra digər oğurluq hadisələrini törətməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş A.Nemətovun ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 nəfərin çantalarından pul və sənəd, 2 avtomobildən mobil telefon, məişət əşyası, səsboğucu, 1 nəfərin 410 manat dəyərində velosipedini, 1 evin isə divarına quraşdırılmış kondisionerin mühərrikini və mis borusunu oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə