Gəncə şəhərində oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Dəstənin üzvləri, şəhər sakinləri Elmin Bayramov, Orxan Həsənov, Tural Cəfərov və Bəxtiyar Məmmədov artıq yaxalanıb.
Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Məhəbbət Məmmədovanın mənzilindən geyim, və digər ev əşyaları oğurlanıb. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində o da məlum olub ki, adı çəkilən şəxslər Faiq Həsənovun evindən də qızıl əşyaları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB