Gəncədə mütəşəkkil cinayətkar dəstə tutulub

29 Aprel 2011 23:08 (UTC+04:00)

Gəncə şəhərində oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Dəstənin üzvləri, şəhər sakinləri Elmin Bayramov, Orxan Həsənov, Tural Cəfərov və Bəxtiyar Məmmədov artıq yaxalanıb.

Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Məhəbbət Məmmədovanın mənzilindən geyim, və digər ev əşyaları oğurlanıb. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində o da məlum olub ki, adı çəkilən şəxslər Faiq Həsənovun evindən də qızıl əşyaları oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.