Gəncə sakinindən 2,3 kq narkotik götürüldü

Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə