Gəncədə gənc qız dəm qazından zəhərlənib.
SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Rüstəmova Səbinə Vaqif qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 19 yaşlı gənc dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə