Gəncədə gənc qız dəm qazından zəhərlənib

27 Fevral 2020 02:27 (UTC+04:00)

Gəncədə gənc qız dəm qazından zəhərlənib.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Rüstəmova Səbinə Vaqif qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 19 yaşlı gənc dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlham Məmmədov