Tovuzda yol işçilərini elektrik cərəyanı vurdu - FOTO

Tovuz rayonunda bədbəxt hadisə baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.Hadisə nəticəsində 1975 ci il təvəllüdlü Abdullayev Suıiddin Valeh oğlu,1980 ci il təvəllüdlü Abduləzizov Ayət İsmayıl oğlu və Xudayi Nihat Əli oğlunu eıektrik cərəyanı vurub. Xəsarət alan şəxslər ilk olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.Vəziyyəti ağır olduğundan yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.Onların bədənlərinin yandığı deyilir.İlkin məlumata görə adıçəkilən şəxslər Bakı-Qazax-Gürcüstan magistral yolunun çəkilişini həyata keçirən "Polat Yol"tikinti şirkətinin işçiləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə