Tovuz rayonunda itkin düşən 10 yaşlı qızın meyiti tapılıb

Tovuz rayonunda itkin düşən 10 yaşlı qızın meyiti tapılıb

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

SİA xəbər verir ki, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə