Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.
Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.