Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Sadıqov Sadiq Rövşən oğlu naməlum şəxs tərəfindən küt alətlə döyülüb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB