19 yaşlı gənc küt alətlə döyülüb

6 Dekabr 2019 23:04 (UTC+04:00)

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Sadıqov Sadiq Rövşən oğlu naməlum şəxs tərəfindən küt alətlə döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.