44 yaşlı qadın həyat yoldaşı tərəfindən amansızcasına döyülüb

Nəsimi rayonunda ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Abbas Səhhət küçəsində qeydə alınıb.

Belə ki, kişi həyat yoldaşı, 44 yaşlı Abbasova Nəzirə Ağagül qızını döyərək ağır xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, üzün və alının əzilmiş yarası diaqnozu qoyulub.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə