Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü S.Hüseynovanı naməlum avtomobil vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü isə avtomobili ilə hadisə yerindən qaçıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sürücünün şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə