Əfqanıstanda həbsxana yaxınlığında avtomobilin partlaması nəticəsində yeddi nəfər həlak olub, 5 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Kabulun şərqindəki Pul-e-Çarki Həbsxanasının yaxınlığında baş verib. Partlayan avtobildə həbsxana heyətinin olduğu deyilir.
Ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı faktı təsdiqləyib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB