Həbsxana heyətinin olduğu avtomobil partladı 7 ölü

31 Oktyabr 2018 09:05 (UTC+04:00)

Əfqanıstanda həbsxana yaxınlığında avtomobilin partlaması nəticəsində yeddi nəfər həlak olub, 5 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Kabulun şərqindəki Pul-e-Çarki Həbsxanasının yaxınlığında baş verib. Partlayan avtobildə həbsxana heyətinin olduğu deyilir.

Ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı faktı təsdiqləyib.