Aktrisa Kübra Əliyevanın oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib

Aktrisa Kübra Əliyevanın oğlu 14 il müddətinə azadlıqdan məhrum edilib

Bu Gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, aktrisa Kubra Əliyevanın oğlu Rauf Məmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Belə ki, hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə