Bu Gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, aktrisa Kubra Əliyevanın oğlu Rauf Məmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Belə ki, hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.