Neftçalada 60 yaşlı şəxsdən yarım kiloqrama yaxın marixuana götürülüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1958-ci il təvəllüdlü Çingiz Ağaverdi oğlu Bədəlovdan 457 qram qurudulmuş marixuana götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB