60 yaşlı kişidən yarım kiloqrama yaxın marixuana götürülüb

2 Fevral 2018 05:03 (UTC+04:00)

Neftçalada 60 yaşlı şəxsdən yarım kiloqrama yaxın marixuana götürülüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1958-ci il təvəllüdlü Çingiz Ağaverdi oğlu Bədəlovdan 457 qram qurudulmuş marixuana götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.