Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub

Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub

Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, iyunun 30-da Fövqəladə Hallar Nazirliyi də hadisə barəsində məlumat yayıb. Məlumata görə, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə