İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB