İmişlidə yol-nəqliyyat hadisəsi baş verib

13 Oktyabr 2016 22:16 (UTC+04:00)

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.