Bu gün Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbər verir ki, qəza magistralın Atuc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes " markalı maşınla "Mitsubişi" markalı avtomaşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə