Qubada 2 maşın toqquşub

16 Aprel 2016 21:29 (UTC+04:00)

Bu gün Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbər verir ki, qəza magistralın Atuc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes " markalı maşınla "Mitsubişi" markalı avtomaşın toqquşub. İlkin məlumata görə, qəza nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.