Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, aprelin 14-də saat 02 radələrində Abşeron rayonu ərazisində Xırdalan şəhər sakini Seymur Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə