Abşeronda qəza 1 nəfər öldü

16 Aprel 2016 00:47 (UTC+04:00)

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, aprelin 14-də saat 02 radələrində Abşeron rayonu ərazisində Xırdalan şəhər sakini Seymur Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.