Sumqayıtda yanğın 10 nəfər təxliyə olunub

Səhər saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə,Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında elektrik sayğacları və 0,5 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

Bütün xəbərlər Facebook səhifəmizdə