Bakıda saxta pul satmaq istəyən şəxs tutulub. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Nərimanov rayonu ərazisindəki valyuta mübadiləsi şöbələrindən birində Bakı şəhər sakini Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb və 16-cı Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB