Saxta dollar satmaq istədi

7 Yanvar 2016 13:08 (UTC+04:00)

Bakıda saxta pul satmaq istəyən şəxs tutulub. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Nərimanov rayonu ərazisindəki valyuta mübadiləsi şöbələrindən birində Bakı şəhər sakini Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb və 16-cı Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.