Yevlaxda elektrovozla vurulan şəxsin kimliyi açıqlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla bir nəfər kişi vurulub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində, həmin şəxsin Şəmkir rayon sakini Rəhman Bayramov olması müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB