Elektrovozla vurulan şəxsin kimliyi açıqlanıb

10 Noyabr 2015 14:04 (UTC+04:00)

Yevlaxda elektrovozla vurulan şəxsin kimliyi açıqlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla bir nəfər kişi vurulub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində, həmin şəxsin Şəmkir rayon sakini Rəhman Bayramov olması müəyyən edilib.