Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Xəzər rayonu Şağan-Mərdəkan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elyar Quliyev idarə etdiyi "Daewoo-Nexia" markalı avtomobili idarəetməni itirərək maneə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB