Maşın maneə çırpıldı sürücü öldü

14 Oktyabr 2014 11:38 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Xəzər rayonu Şağan-Mərdəkan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elyar Quliyev idarə etdiyi "Daewoo-Nexia" markalı avtomobili idarəetməni itirərək maneə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.