Ev oğrusu 6 ay axtarışdan sonra ələ keçdi

Yanvarın 1-nə keçən gecə Binə qəsəbəsində yaşayan Rüxsarə Rəhimovanın evindən 210 manat və qızıl-zinət əşyaları, fevralın 9-da Binə qəsəbəsində yaşayan Kənan Sadıqovun evindən istilik sistemi avadanlıqları, elektrik cihazları, mayın 30-da Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yaşayan Şamil Zakirovun evindən isə 1060 manat və 2 ədəd mobil telefonu gizli yolla talan edilib.

SİA-nın Bakı Şəhər BPİ Mətbuat xidmətindən aldığı məlumata görə, Xəzər RPİ CAŞ, 2-ci və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Vyaçeslav Nesterov iyunun 22-də tutulub.

Eyni zamanda müəyyən edilib ki, 2011-ci dekabrın 1-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsi M.Dadaşov küçəsində yaşayan Minayə Nərimanovanın evindən 800 ABŞ dolları və qızıl-zinət əşyaları V.Nesterov gizli yolla talayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...