Astarada 23 kq narkotik vasitə aşkar olunaraq götürülüb

Astarada rayonunda 23 kq narkotik vasitə aşkar olunaraq götürülüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayonda keçirilən növbəti əməliyyat zamanı 1979-cu il təvəllüdlü Mənsur Ağayev tutulub. Ondan 23 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Ağayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə