Hacıqabul rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, saat 19 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınan qəza zamanı minik avtomobili tərəfindən vurulan 1949-cu il təvəllüdlü Tahir Hüseynov ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə