Ağsu rayonunun Sarvan kənd sakini 15 yaşlı Elgün Niftalıyevi ilan sancıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisədən sonra yeniyetmə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən ilan sancan şəxsə ilkin tibbi yardım göstərilərək, zəhərə qarşı zərdab vurulub. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə