Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.
Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB