Avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb

10 Oktyabr 2024 08:19 (UTC+04:00)

Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.

Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.