Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.
Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB