Sumqayıt-Bakı qatarında texniki problem olub

4 Oktyabr 2024 09:00 (UTC+04:00)

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.