Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
Belə ki 1962-ci il təvəllüdlü Mehriban Yasəf qızı İsgəndərova "Xəzər" markalı minik avtomobilinin idarəetməsini itirərək yol kənarındakı kanala düşüb.
Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Zəhra Murtuza qızı Həşimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB