Qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb. SİA-nın məlumatına görə, Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalananarq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib.

Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə