Gəminin toqquşması nəticəsində qadın ölüb...

...Novosibirskdə Ob çayında kiçik gəmi barja ilə toqquşub. Bir qadın həlak olub, beş yaşlı uşaq da daxil olmaqla daha iki sərnişin yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin rəsmi kanalı bildirib.

...İlkin məlumatlara görə, Ob çayında Dimitrovski körpüsü yaxınlığında baş verən insident nəticəsində kiçik gəminin sərnişini ölüb. İki nəfər, o cümlədən beş yaşlı uşaq xəstəxanaya çatdırılıb.

Məlumatda deyilir.

Bu arada yenilənmiş məlumata görə, ölən 1966-cı il təvəllüdlü qadındır.

Hazırda toqquşma yerində nəqliyyat polisi işləyir, istintaq qrupu gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə