Metronun “Neftçilər” stansiyasının yaxınlığında dönərxanada yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə