Culfa Mədəniyyət şöbəsinin müdiri işdən çıxarılıb

Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov işdən çıxarılıb. SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Şöbə müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Culfa Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Füzuli Hüseynliyə həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə