Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.
Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə