Xudat-Nabran avtomobil yolunda qəza baş verib

16 Yanvar 2023 10:42 (UTC+04:00)

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.

Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.