Bakının Sabunçu rayonunda 53 yaşlı kişi bıçaqlanıb. SİA-nın məlumatına görə, 1969-cu il təvəllüdlü Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə